Kimlər 70 "Ç" bəndi ilə işdən azad oluna bilər? - CAVAB
10 oktyabr 2025 18:54 (UTC +04:00)

Kimlər 70 "Ç" bəndi ilə işdən azad oluna bilər? - CAVAB

1

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti sual kimlərin Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən azad oluna biləcəyi ilə bağlıdır.

Lent.az xəbər verir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, əmək müqaviləsində qeyd olunmuş-əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə görə iş yerində əmək intizamını pozmuş olsun və ya işəgötürənin hüquqlarına və mənafelərinə ziyan dəymiş olsun.

İşəgötürən 70 "Ç" maddəsini işçi aşağıdakı kobud pozuntuları törətdikdə tətbiq edə bilər: heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, sərxoş vəziyyətdə olması, maddi ziyan vurması, iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi, kommersiya sirrinin yayılması, iş yerində inzibati xəta və ya cinayət hadisəsi törətməsi.

Qeyd olunan əməlləri törətməsinə baxmayaraq, 70-ci maddənin "ç" bəndi əsasında işçinin işdən çıxarılması qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməlidir. Əgər işçi əmək vəzifələrini yerinə yetirmirsə, işəgötürən müvafiq sənədləşməni apararaq, ona xəbərdarlıq etməli, yalnız bütün prosedurlar yerinə yetirildikdən sonra işdən çıxarma qərarı verməlidir. İşəgötürən qeyd olunan prosedurlara əməl etmədiyi təqdirdə, işdən çıxarılma əmri də etibarsız hesab edilir və işçi işə bərpa olunmaq və işə çıxmadığı günlər üçün ödəniş almaq hüququna malik olur.

İşçinin yuxarıda qeyd olunan əməlləri törətməsinə baxmayaraq, aşağıda qeyd olunmuş işçilərin əmək müqaviləsinin pozulması qanunla qadağan edilir: hamilə, habelə üç yaşınadək uşağı böyüdən işçilər; məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; öhdəsində əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olan işçilərin.

Əmək müqaviləsinə qanunsuz şəkildə xitam verildiyini hesab edən hər bir kəsin məhkəməyə müraciət etmək hüququ vardır. Belə ki, işçiyə əmrin və ya bildiriş verildiyi gündən 1 ay müddətinə məhkəməyə müraciət etməlidir. Məhkəmə müraciət etməzdən öncə isə, Mediasiya prosesindən keçməlidir. Mediasiya prosesi zamanı qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətinin axımı dayanır. İşçilərin pozulmuş əmək hüquqları ilə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumu müəyyən edilməyib, yəni müraciət etmək ödənişsizdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 492

Oxşar yazılar