Xadiməni və şagirdi döyən direktor müavini İŞDƏN QOVULDU  - VİDEO
24 sentyabr 2025 10:17 (UTC +04:00)

Xadiməni və şagirdi döyən direktor müavini İŞDƏN QOVULDU - VİDEO

0

Lənkəran rayonu M.Qarayev adına Zövlə kənd tam orta ümumtəhsil məktəbinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqovun xadiməni və şagirdi döydüyü video yayılıb.

Lent.az-ın sorğusuna regional Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, həmin video martın 11-də çəkilib.

Bu il martın 11-də Lənkəran rayonu M.Qarayev adına Zövlə kənd tam orta ümumtəhsil məktəbinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqov tərəfindən şagirdə və kiçik xidmətedici işçisinə fiziki zorakılıq davranışı iddiası əsasında Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.

Təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq, aprelin 17-də məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqovla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, təhsilverənlərin etik davranış qaydalarına əməl edilməsi, eyni zamanda şagirdlərin təhlükəsizliyi və psixoloji durumu daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1060

Oxşar yazılar