Qubada toy karvanında QƏZA:  ölən var - YENİLƏNİB
10 noyabr 2025 15:10 (UTC +04:00)

Qubada toy karvanında QƏZA: ölən var - YENİLƏNİB

0

Qubada toy karvanında ölən və yaralananların kimliyi məlum olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza zamanı "VAZ-2107" markalı avtomobilin sürücüsü, Xaçmaz rayon sakini 23 yaşlı Mehdiyev Şahbala Asəf oğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Avtomobildə olan sərnişin Süleymanov Ceyhun Zülfüqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba mərkəzi rayon xəstəxanasına yerləşdirilib, hazırda ona tibbi yardım göstərilir.

***
13:40

Qubada ölümlə nəticələnən ağır yol qəzası olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Toy karvanında hərəkətdə olan "VAZ-2107" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

Xəsarət alan şəxs Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, hazırda ona tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 566

Oxşar yazılar