Ekspertlər avtomobili mövsüm dəyişikliklərinə necə hazırlamaq lazım olduğunu izah ediblər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, onların sözlərinə görə, təkərlərə mütləq diqqət yetirmək lazımdır. Qış təkərləri olmalıdır:
"Onların vəziyyəti yoxlanmalıdır. Əgər təkərlər dişli (şipli) deyilsə, artıq dəyişdirilməlidir. Təkərləri yoxladıqdan sonra mütləq təkərlərdəki təzyiqi də yoxlamaq lazımdır, çünki bu da avtomobilin gedişinə təsir göstərir. Bilmək vacibdir ki, soyuqda təkərlərdəki təzyiq azalır və onu daim normal səviyyədə saxlamaq lazımdır. Batareyanın (akkumulyatorun) doluluq səviyyəsinə də diqqət yetirmək mütləqdir. Akkumulyatoru hazırlamaq lazımdır. Xatırladaq ki, normal gərginlik təxminən 12,5–13 volt arasında olmalıdır.
Mühərrikin iç hissəsində kosmetik təmizlik aparmaq lazımdır: toz və kirləri təmizləmək. Çünki bu toz və kir şaxtada bərk metal kimi olur, nəticədə kontaktların qırılmasına səbəb ola bilər. Daha sonra avtomobildə titrəmə olmamasına diqqət yetirmək lazımdır, hər şey bərkidilmiş olmalıdır. Çünki buz üzərində hərəkət zamanı avtomobil çox güclü titrəyir. Bu titrəmə nəticəsində bəzi hissələr zədələnə və ya qırıla bilər. Eləcə də yanacaq sisteminə baxmaq lazımdır. Xüsusilə filtrləri yoxlamaq vacibdir. Əgər avtomobil “qış yanacağı” üçün nəzərdə tutulubsa, onlar üçün mütləq “qış dizeli” və ya “qış benzini” istifadə edilməlidir. Bu, əsasən dizel yanacağı ilə işləyən avtomobillərə aiddir. Belə avtomobil sahibləri mütləq özləri ilə antifriz və ya “anti-gel” adlanan xüsusi qatqı daşımalıdırlar.
Havanın kəskin soyuduğu dövrdə yanacaq çəninin dolu saxlanması çox vacibdir. Hər zaman onu demək olar ki, 95–100% səviyyəsində doldurmaq lazımdır. Çünki bu zaman çənin içərisində kondensatın əmələ gəlməsi azalır. Kondensat donarsa, yanacaq sistemini qızdırmaq lazım gələcək. Əgər bu, hərəkət zamanı baş verərsə, avtomobil dayanacaq. Bu da şaxtalı hava şəraitində və soyuq iqlimli bölgələrdə magistral yollarda baş verən əsas nasazlıqlarda biridir.
Ən vacib məsələ əyləcləri yoxlamaqdır! Qışdan əvvəl mütləq əyləc mayesini dəyişmək lazımdır. Çünki yeni əyləc mayesinin donma temperaturu çox yüksəkdir, yəni o, aşağı temperaturda donmur. Amma köhnə maye tez donur, kristallar əmələ gəlir, sistemdəki təzyiq dəyişir və bu da təhlükə yaradır. Mütləq izolyasiyaedici elementləri rezin contaları, sıxlaşdırıcıları yoxlamaq lazımdır ki, çatlar olmasın. Çünki xırda bir çat belə, şaxtada avtomobilin qapısının tam bağlanmamasına və ya hərəkət zamanı açılmasına səbəb ola bilər".