Kanadada Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.
Lent.az-a xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyi sosial şəbəkədə görüntülər paylaşıb.
Qeyd olunub ki, şəlalənin Azərbaycan bayrağı rənglərində işıqlandırılması Dövlət Bayrağı Günü münasibətilə həyata keçirilib.