“SFA Federasiya Kuboku 2025” başa çatdı
09 noyabr 2025 19:07 (UTC +04:00)

“SFA Federasiya Kuboku 2025” başa çatdı

0

“Ramada by Wyndham Baku” hotelinin ərazisində yerləşən Azərbaycan Yelkən Federasiyasının (SFA) Yelkən Mərkəzində 7-9 noyabr tarixlərində keçirilən “SFA FEDERASİYA KUBOKU 2025” yarışı yekunlaşıb.

Lent.az xəbər verir ki, yarışlar hər gün saat 10:00–17:00 aralığında baş tutub.

Turnir çərçivəsində 9 noyabr saat 18:00-da mükafatlandırma mərasimi keçirilib və qaliblər müxtəlif siniflər üzrə təltif olunublar.

 

ILCA 4 sinifi

I yer — Davud Babazadə

II yer — Ameliya Əliyeva

III yer — Nəzrin Məmmədova

 

Optimist Junior sinifi

I yer — Ece Deniz Gursel (ARM Urla, Türkiyə)

II yer — Kamilla Həsənova

III yer — Ayaz Yılmazer

 

Optimist Qızlar sinifi

I yer — Nehir Uygur (ARM Urla, Türkiyə)

II yer — Emel Məmmədli

III yer — Yağmur Həsənli

 

Optimist Ümumi sinifi

I yer — Kamal Bəşirli

II yer — Nurlan Ağazadə

III yer — Nehir Uygur (ARM Urla, Türkiyə)

 

Tədbirdə çıxış edən Federasiya Prezidenti Qüdrət Qurbanov deyib ki, bu il bizə qoşulanlar arasında qızlar çoxdur.

Federasiya Prezidenti Azərbaycan Yelkən Federasiyası yarışda iştirak edən bütün yelkənçiləri təbrik edib və qaliblərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

O bildirib ki, Federasiya ölkəmizdə yelkən idmanının inkişafını dəstəkləmək və yeni nəsil idmançılar yetişdirmək məqsədilə fəaliyyətini davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar