Kim daha çox evlənməyə tələsir  - kişilər, yoxsa qadınlar?
03 noyabr 2025 18:53 (UTC +04:00)

Kim daha çox evlənməyə tələsir - kişilər, yoxsa qadınlar?

0

Cəmiyyət arasında geniş yayılmış stereotiplərdən biri də odur ki, qadınlar münasibətə daha çox can atır və ailə qurmağa çox ehtiyac duyurlar. Lakin yeni araşdırma bunun əksini göstərib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Kinsey İnstitutunun 2 min subay amerikalı arasında keçirdiyi sorğunun nəticələri münasibət mərhələlərini daha tez sürətləndirmək istəyənlər əsasən kişilər olduğunu göstərib.

Kinsey İnstitutunun baş elmi əməkdaşı Castin Lemiller bildirib ki, uzun illər formalaşmış fikrin əksinə olaraq, kişilər birlikdə yaşamağa və evlənməyə daha tez razılıq verirlər. Araşdırmaya görə, kişilərin 28,6 faizi partnyoru ilə daha tez birgə yaşamağa hazırdır, 18,8 faizi isə erkən evlənməyə razıdır. Qadınlar arasında isə bu göstəricilər müvafiq olaraq 18,8 və 13,7 faiz təşkil edir.

Mütəxəssislər bildirir ki, kişiləri bu qərarı tezləşdirməyə maliyyə faktorları motivasiya edir. Onlar hesab edirlər ki, beləliklə daha çox qənaət edə bilərlər. Bununla belə, psixoloqlar qeyd edir ki, məsələ təkcə maliyyədə deyil.

Lemillerin sözlərinə görə, xüsusilə heteroseksual kişilər üçün romantik münasibətlər həm sosial, həm də emosional dəstəyin əsas mənbəyidir və onlar münasibətdə olmadıqda psixoloji rifah səviyyəsi aşağı düşür.

Toronto Universitetinin psixologiya professoru, tənha insanlar üzrə tədqiqatçı Ceff Makdonald isə bildirib ki, qadınlar tənha olduqda daha xoşbəxt ola bilirlər:

“Qadınlar dostluq və ailə münasibətlərindən daha effektiv şəkildə emosional dəstək alırlar. Kişilər üçün isə bu daha çətindir”.

Ekspertlərə görə, bu tendensiya kişi emosional ifadəsini məhdudlaşdıran ənənəvi “kişilik” təsəvvürləri ilə də bağlıdır. Lemiller əlavə edib ki, bu səbəbdən kişilər dostları ilə daha yaxın münasibət qurmaqda və emosional bağ yaratmaqda çətinlik çəkirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 511

Oxşar yazılar