Eldar Əmirov  kimdir?  - Ramiz Mehdiyevin kitablarının müəllifi, "qara qutu"su
03 noyabr 2025 15:16 (UTC +04:00)

Eldar Əmirov kimdir? - Ramiz Mehdiyevin kitablarının müəllifi, "qara qutu"su

0

Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cəlb edildiyi cinayət işi üzrə onun köməkçisi Eldar Əmirov həbsi barədə bu gün məlumat yayıldı.

Belə ki, Əmirov Eldar Qurban oğlu məhkəmənin qərarı ilə Ramiz Mehdiyev işinə görə, dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə həbs edilib. Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Lent.az “Bioqrafiya” rubrikasında Eldar Əmirov haqqında məlumatlar təqdim edir:

- Eldar Əmirov kimdir?

Eldar Qurban oğlu Əmirov 1985-ci ildə Bakıda anadan olub. O, əslən Ordubad rayonundandır.

- Eldar Əmirovun siyasi fəaliyyəti necə olub?

Eldar Əmirov siyasi elmlər üzrə fəlsəfə doktorudur, “İrəli” İctimai Birliyinin fəallarından olub.

- Eldar Əmirov nə vaxtdan Ramiz Mehdiyevlə birlikdə fəaliyyət göstərib?

Eldar Əmirov Prezident Administrasiyasında Ramiz Mehdiyevin köməkçilərindən biri kimi fəaliyyət göstərib. Ramiz Mehdiyev 2019-cu ildə AMEA Prezidenti seçildikdən sonra Eldar Əmirovu da karyerasına burda davam edib.

- Eldar Əmirov AMEA-da hansı vəzifədə çalışıb?  

Eldar Əmirov AMEA Prezidentinin Katibliyinin rəisi təyin edilib. Onu da qeyd etmək lazımdır ki, AMEA Nizamnaməsində belə struktur nəzərdə tutulmasa da, Ramiz Mehdiyev özü üçün Katiblik yaradıb və Eldar Əmirovu rəis təyin edib. Eldar Əmirov həmin dövrdə AMEA-dakı kadr təyinatlarında ciddi rol oynayıb.

- Eldar Əmirovun bundan əvvəl də təqsirləndirilibmi?

15 fevral 2022-ci ildə Eldar Əmirov polisə müqavimətdə ittiham olunaraq saxlanılır. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə təqsirləndirilib. Yasamal rayon Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Eldar Əmirov 30 sutka həbs edilib.

- Eldar Əmirov AMEA-dan sonra harada işləyib?

Ramiz Mehdiyev AMEA prezidentliyindən istefa verəndən sonra isə Eldar Əmirov Bakı Slavyan Universitetində müəllim kimi fəaliyyət göstərib.

Bəzi məlumatlara görə, Ramiz Mehdiyevin 2015-ci ildə çap olunan "Tarixi idrakın elmiliyi problemlərinə dair” və "Dünya nizamından nizamsızlığa doğru” əsərlərinin müəllifi əslində Eldar Əmirovdur.

- Eldar Əmirov Ramiz Mehdiyevin əvəzinə necə çalışıb?

Eldar Əmirov həm də Ramiz Mehdiyev AMEA prezidenti olduğu dövrdə onun akademiyanın saytındakı siyasi fəaliyyətinin əsas ilhamvericisi idi. Belə ki, Ramiz Mehdiyev həmin dövrdə AMEA saytından öz siyasi bəyanatları üçün istifadə edirdi. Bu bəyanatların yazılması və redaktəsi, eyni zamanda mediada yayılmasının təmin edilməsi ilə Eldar Əmirov məşğul olub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1722

Oxşar yazılar