Keçmiş məhkum bu dəfə də 9 illik CƏZA ALDI
03 noyabr 2025 17:01 (UTC +04:00)

Keçmiş məhkum bu dəfə də 9 illik CƏZA ALDI

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Lent.az xəbər verir ki, məhkəmədə Rəşid Babayevin 9 il azadlıqdan məhrum edilməsi barədə hökmü elan edilib.

Xatırladaq ki, prosesdə araşdırılan hadisə 2024-cü ilin mayında Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini Roman Əsgərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib və orada da həyatını itirib.

Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əsgərovu qətlə yetirməkdə şübhəli bilinən həmin qəsəbənin sakini narkotiklərlə əlaqəli cinayətlərə görə əvvəllər məhkum olunmuş Rəşid Babayev saxlanılıb.

Fərqanə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 632

Oxşar yazılar