AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğluna  hökm oxundu
03 noyabr 2025 15:19 (UTC +04:00)

AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğluna hökm oxundu

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.

Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən Nizami Alışanın 10 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.

Xatırladaq ki, iş üzrə zərərçəkən qismində 3 nəfər - Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıb. İttihama görə, təqsirləndirilən Nizami Alışan özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. O, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib. Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 manat) təşkil edir. Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.

Qeyd edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, hazırda ABŞ-da yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkənidir. Babək Məmmədzadə “Aztelecom” MMC-nin sabiq direktoru Məhəmməd Məmmədovun oğludur.

Fərqanə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 728

Oxşar yazılar