"Rövşən Lənkəranski"yə görə tiktokeri oğurladılar - Şücaətin ETİRAZI
03 noyabr 2025 13:14 (UTC +04:00)

"Rövşən Lənkəranski"yə görə tiktokeri oğurladılar - Şücaətin ETİRAZI

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə adam oğurluğunda ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən Şücaət Rzayev emosional çıxış edib. Məhkəmə heyətinə qarşı kəskin ifadələr işlədib.

Bu çıxışdan sonra məhkəmə təqsirləndirilənin zaldan çıxarılması barədə göstəriş verib.

Daha sonra müdafiə vəkilləri hüquqlarını müdafiə etdikləri şəxslərin ev dustaqlığına buraxılması barədə vəsatət veriblər.

Qısa müşavirədən sonra məhkəmə vəsatətin təmin edilmədiyini elan etdi. Daha sonra məhkəmənin 15 dekabr 16:30-a  təyin olunduğu bildirilib.

Xatırladaq ki, Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakini Nəzirxan Ağaxanov "TikTok" sosial şəbəkəsində "Nəzirxan qanuni oğruların dədəsi" adlı hesab açaraq, həmin hesab vasitəsilə kriminal aləmdə "Rövşən Lənkəranski" ləqəbi ilə tanınan mərhum Rövşən Caniyev haqqında xoşagəlməyən ifadələr paylaşıb. Bundan sonra paylaşımları görən bir qrup şəxs onu cəzalandırmaq qərarına gəlib.

İttihama görə, təqsirləndirilən Şücaət Rzayev tanışı Elsevər Əhmədovun sifarişi ilə digər şəxslərlə birlikdə Nəzirxan Ağaxanovu oğurlayaraq təhqir edib, xəsarət yetirməkdə şübhəli bilinir.

Təqsirləndirilənlər Nəzirxan Ağaxanovun mobil telefonunu əldə edib, onu iş görmək adı ilə Zabrat qəsəbəsində çağırıblar. Onlar Nəzirxan Ağaxanovu öncədən planlaşdırdıqları kimi yük avtomobilinin yük yerinə yerləşdirərək əl-qolunu və gözlərini yapışqan lentlə bağlayıb, Zabrat qəsəbəsində yaşadığı evə aparıblar.

Daha sonra Təbriz Əliyev, Elnur Alışov, Əhməd Əzizov və Murad Rzayev kəsici-deşici alətlərdən istifadə edərək müxtəlif işgəncələr verməklə onu yaşadığı evin həyətindəki toyuq hininə salıblar.

Bundan sonra həmin şəxslər onun üzr istəməsi tələb edib, üzr videosunu sosial şəbəkələrdə paylaşıblar.

Hüquq-mühafizə orqanları tərəfində cinayət işi açılaraq təqsirləndirilən 7 nəfər barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) və digər maddələri üzrə cinayət işi açılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Fərqanə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1030

Oxşar yazılar