802 min manatlıq mənimsəmə İŞİ  – Qadın müsahibə HÖKM OXUNDU
03 noyabr 2025 12:15 (UTC +04:00)

802 min manatlıq mənimsəmə İŞİ – Qadın müsahibə HÖKM OXUNDU

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova -Məmmədovanın sədrliyi ilə "Rifah Group” MMC-nin 802 min manatdan artıq vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq baş mühasibi Samirə Zeynalovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə vəkilin çıxışı ilə başlayıb. Vəkil hüquqlarını müdafiə etdiyi S. Zeynalovaya bəraət verilməsini məhkəmədən xahiş etdi.

Qısa sürən müşavirədən sonra məhkəmə Samirə Zeynalovanın 8 il müddətinə  azadlıqdan məhrum edilməsi barədə hökm verib.

Qeyd edək ki, dövlət ittihamçısı Samirə Zeynalovanın 11 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, ittihama görə, Samirə Zeynalova “Rifah Group” MMC-nin baş müsahibi işlədiyi 2022-2023-cü illərdə qohumlarından başqa məqsədlərə görə aldığı etibarnamələrdən onlardan xəbərsiz istifadə edərək, onların adına bank hesabları açıb və MMC-yə məxsus 802.429, 45 manat pul vəsaitini onların hesabına köçürərək mənimsəyib. O, bu əməli törədərkən öz vəzifə mövqeyindən sui-istifadə edib.

Samirə Zeynalovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Samirə Zeynalovanın 4 övladı var, övladlarından biri 1-ci qrup əlildir.

Fərqanə Novruzova

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 440

Oxşar yazılar