Serialların ulduzu YENİ SEVGİLİSİ  ilə yaxalandı
03 noyabr 2025 10:22 (UTC +04:00)

Serialların ulduzu YENİ SEVGİLİSİ ilə yaxalandı

0

Türkiyənin tanınmış aktrisası Nilperi Şahinkaya ilə heykəltəraş Emre Yusufi arasında 2019-cu ildə başlayan münasibət 2024-cü ilin dekabrında bitmişdi.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Şahinkaya indi də qəlbini rejissor Baturalp Bekara təslim edib.

İlk aktyorluq təcrübəsini tələbəlik illərində “Deniz Yıldızı” (2009-2010) serialı ilə yaşayan Nilperi Şahinkaya, beş il birlikdə olduğu heykəltəraş sevgilisi Emre Yusifidən 2024-cü ilin dekabrında ayrılmışdı.

Şahinkaya bu barədə belə demişdi: “Biz yaxşı ayrılmağa qərar verdik. Yavaş-yavaş, mərhələ-mərhələ ayrılmağa və uzaqlaşmağa... Yəni küsmədən, incimədən, qucaqlaşaraq ayrıldıq”.

Nilperi Şahinkaya (37 yaş) yeni bir sevgiyə yelkən açdı. Aktrisa yeni sevgilisi, rejissor Baturalp Bekar ilə ötən axşam Bebekdə bir məkandan çıxarkən görüntülənib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 486

Oxşar yazılar