Saçınızın 7 gün yağlanmaması üçün  şampununuza  bunları əlavə edin
03 noyabr 2025 12:56 (UTC +04:00)

Saçınızın 7 gün yağlanmaması üçün şampununuza bunları əlavə edin

0

Bir çox insan saçların tez yağlanmasından şikayət edir. Hətta hər gün və ya günaşırı yumaq məcburiyyəti olur. Lakin peşəkar saç ustalarının və trixoloqların sirrinə görə, şampuna sadə təbii maddələr əlavə etməklə saçlar 5-7 günadək təravətli və həcimli qala, həmçinin daha sürətlə uzana bilər.

Lent.az bu barədə xarici mediaya istinadla ətraflı məlumat verir.

1. Rozmarin efir yağı - saç uzanmasının təbii stimulyatoru

Rozmarin saç köklərinə “enerji verir”, qan dövranını yaxşılaşdırır, yatmış follikulları oyadır və saçın uzanmasını sürətləndirir.

100 millilitr şampuna 5 damcı rozmarin yağı əlavə edin, istifadə etməzdən əvvəl yaxşı çalxalayın. Müntəzəm istifadə etdikdə bir neçə həftəyə saçlar daha qalın görünməyə başlayır.

2. Limon suyu və ya limon efir yağı - daha uzun təravət üçün

Limon baş dərisini təmizləyir, yağlanmanı azaldır və saçlara parıltı verir.

Şampunun bir porsiyasına 1 çay qaşığı limon suyu və ya 3 damcı limon yağı əlavə edin.
Həssas və zədələnmiş dəridə istifadə etmək məsləhət deyil.

3. Nikotin turşusu (Vitamin B3) - saç tökülməsinə qarşı güclü təsir

Vitamin B3 qan damarlarını genişləndirir, saç köklərini daha yaxşı qidalandırır və uzanmanı sürətləndirir. Apteklərdə ampula şəklində satılır.

Bir ampulanı şampunun bir dəfəlik dozasına əlavə edin. Saçlar güclənir, tökülmə azalır.

4. Aktivləşdirilmiş kömür - dərindən təmizləmə

Kömür tərkibindəki porlarla kir, yağ və styling məhsulu qalıqlarını dərindən təmizləyir.

1–2 tablet kömürü əzin, şampuna qatın və həftədə 1 dəfə istifadə edin.

5. Çay ağacı yağı - yağlanma və kəpəyə qarşı

Bu yağ antibakterial təsiri ilə kəpəyi azaldır, qaşınmanı aradan qaldırır və saç dərisini sakitləşdirir.

100 millilitr şampuna 4–5 damcı çay ağacı yağı əlavə edin.

Bu təbii əlavələr saçları daha uzun müddət təmiz saxlayır, həcmini artırır, uzanmanı sürətləndirir, kəpəyi azaldır və baş dərisini sağlamlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 606

Oxşar yazılar