Dörddə bir əsr birlikdə yaşadıqdan sonra qadın yalnız qırıntılar aldığını anlayıb və əri onun desertini yeyəndə ayrılmaq qərarına gəlib.
Amerikalı qadının hekayəsi geniş yayılıb. 25 illik evlilikdən sonra qadın, zahirən əhəmiyyətsiz bir şeyə - bir parça torta görə ərindən ayrılmaq qərarına gəlib.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, 46 yaşlı qadın ərinin onu toy ildönümü münasibətilə səyahətə dəvət etməklə sürpriz etdiyini söyləyib. O, cütlüyün son vaxtlar tez-tez mübahisə etdiyi və hətta ayrı otaqlarda yatdığı üçün bu səfərin münasibətlərini düzəltməyə kömək edəcəyinə ümid edib.
Lakin romantik səyahət uğursuz olub. Birlikdə şam yeməkləri gərgin keçib. Belə bir axşamdan sonra cütlük tortu otaqlarına aparıblar.
Növbəti səhər qadın desertin itdiyini aşkar edib. Kişi gülümsəyərək onu yediyini etiraf edib. Qadın üçün bu an münasibətlərindəki bütün illər boyu davam edən bərabərsizliyi simvolizə edib.
"Qırıntılarla kifayətlənməkdən bezmişəm", - o yazıb. "25 illik evlilikdən sonra daha çoxuna layiq olduğumu anladım."
Şərhçilər yekdilliklə qadını dəstəkləyiblər. Çoxları məsələnin desertdə deyil, illərlə davam edən laqeydlikdə olduğunu qeyd ediblər.
Bir istifadəçi yazıb: "Məsələ tortda deyil. Söhbət onun səni görmədiyi bütün vaxtlarda gedir".
 
 
                 
                            