Qırmızı Ürəklər Fondundan “Zəfər Payı” aksiyası
31 oktyabr 2025 14:44 (UTC +04:00)

Qırmızı Ürəklər Fondundan “Zəfər Payı” aksiyası

0

8 Noyabr – Zəfər Günü xalqımızın şərəf və qürur günüdür. Bu gün Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və sağlamlığını itirən qazilərimizin əvəzolunmaz qəhrəmanlığını bir daha xatırladır. Zəfər Günü münasibətilə Qırmızı Ürəklər Fondu qazilərə və onların ailələrinə dəstək məqsədilə “Zəfər Payı” adlı xeyriyyə aksiyasına start verir.

Aksiya 31 oktyabr – 8 noyabr 2025-ci il tarixlərində həyata keçiriləcək. Fond bütün vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir. “Zəfər Payı” aksiyasına ianə etmək üçün redhearts.az veb-saytında “İanə et” bölməsindən, Birbank mobil tətbiqi vasitəsilə və ya vizualda təqdim olunan QR kodu skan edərək dəstək olmaq mümkündür.

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar