Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat zamanı saxlanılan baş redaktor Vüqar Məmmədovla bağlı qərar verilib.
Lent.az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının Vüqar Məmmədov barəsində qətimkan tədbirinin seçilməsi barədə təqdimatına baxılıb.
Məhkəmə təqdimatı təmin edib. Vüqar Məmmədov barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
 
                 
                            