ABŞ-ın Şimali Karolina ştatında övladlığa götürülmüş 17 yaşlı oğlan valideynlərini qətlə yetirərək intihar edib.
Lent.az xarici mediaya isitnadla bildirir ki, 46 yaşlı Coan Çavis və 53 yaşlı Ted Çavisin bıçaq xəsarətləri ilə meyitləri oktyabrın 27-də Red-Springs şəhərindəki evlərində tapılıb.
Qətldə onların övladlığa götürdükləri 17 yaşlı oğulları şübhəli bilinib. Cinayəti törətdikdən sonra yeniyetmə hadisə yerindən qaçıb.
Polis əməkdaşları tezliklə şübhəlinin avtomobilini Leyk-Vakkamo şəhərində aşkar ediblər. Saxlanılarkən yeniyetmə özünü öldürüb. Hadisənin detalları araşdırılır.
 
                 
                             
    