Şəkərli diabetin 5 açıq əlaməti
31 oktyabr 2025 15:43 (UTC +04:00)

Şəkərli diabetin 5 açıq əlaməti

0

Diabet çox vaxt qeyri-sağlam həyat tərzinin nəticəsi kimi yaranır və çox uzun müddət özünü göstərmədən inkişaf edə bilər.

2-ci tip diabet ən geniş yayılmış forma olub, adətən qeyri-sağlam həyat tərzi fonunda və insanın özü hiss etmədən uzun zaman ərzində formalaşır.

Lent.az xəbər verir ki, 2-ci tip diabetin əsas səbəbi hüceyrələrin insulinə, yəni qandakı şəkər səviyyəsini tənzimləyən hormonuna qarşı həssaslığının azalmasıdır. Nəticədə qlükoza hüceyrələrə daxil ola bilmir və qanda şəkərin yüksəlməsi mübadilə proseslərinin pozulmasına səbəb olur. Diabet xəstələri çox vaxt “səhər şəfəqi fenomeni” deyilən vəziyyətlə rastlaşırlar bu zaman qanda şəkərin səviyyəsi oyanmazdan əvvəl səhər saatlarında kəskin yüksəlir. Bu, yuxu və oyanış zamanında orqanizmdə baş verən təbii hormonal dəyişikliklərlə bağlıdır.

Qanda bu cür kəskin artım 2-ci tip diabet üçün xarakterikdir və xəstələr çox vaxt pis hisslərini məhz səhərlər daha çox müşahidə edirlər.

Mütəxəssislərin qeyd etdiyi, diabetin inkişafını və səhər şəfəqi fenomenini göstərə bilən əlamətlər:

zəiflik və yorğunluq;

ürəkbulanma;

görmənin bulanması;

yönləndirmə hissinin pozulması (dezorientasiya);
güclü susuzluq.

Bu vəziyyət 2-ci tip diabetli insanların təxminən yarısında müşahidə olunur və ciddi diqqət tələb edir. Şəkərin mütəmadi olaraq səhər yüksək olması damar sisteminə əlavə yük salır, ürək-damar xəstəlikləri riskini artırır, böyrəklərə və görməyə təsir edərək diabetik fəsadların inkişafını sürətləndirir.

Həkimlər səhər şəkərinin yüksəlməsinin qarşısını almaq üçün tövsiyə edirlər:

xüsusilə axşam saatlarında sürətli karbohidratların az olduğu pəhrizə riayət etmək;

fiziki aktivliyi qorumaq;

şəkərin səviyyəsini yatmazdan əvvəl və səhər tezdən mütəmadi ölçmək.

Bəzi hallarda gecə saatlarında şəkərin stabilləşməsi üçün həkim tərəfindən əlavə dərman vasitələrinin təyini də faydalı ola bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 702

Oxşar yazılar