Təhsil Şöbəsinə müdir "təyin edən"  icra başçısının müavininə  HÖKM OXUNDU
31 oktyabr 2025 17:46 (UTC +04:00)

Təhsil Şöbəsinə müdir "təyin edən" icra başçısının müavininə HÖKM OXUNDU

0

Bakı Ağır Cinayətlər Məhkəməsində Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini A.V. və tanışı T. B.-in cinayət işi üzrə keçirilən məhkəmə prosesində hökm oxunub.

Lent.az xəbər verir ki, hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən iclasda hökmə əsasən iş üzrə dəymiş zərər tam ödənildiyindən Cinayət Məcəlləsinin 62-ci maddə tətbiq edilməklə A.V. barəsindəki cinayət işinə xitam verilib.

Məhkəmənin hökmü ilə digər təqsirləndirilən T.B. isə 5 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı A.V-nın 7 il 6 ay, T.B.--nin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, cinayət işi üzrə zərərçəkən kimi Gədəbəy rayon sakini C.M. tanınır. İttihama görə, təqsirləndirilən şəxslər C.M.-ni Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin ediləcəyi ilə aldadaraq 51 min manat pulunu alıblar. T.B. bir müddət əvvəl başqa dələduzluq əməlinə görə məhkum edilib. Eks-müavin isə həbsdə deyil. İstintaq dövründə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Fərqanə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 930

Oxşar yazılar