Keçən ilin avqustunda özündən 42 yaş kiçik Gülseren Ceylan ilə evlənən məşhur şoumen Mehmet Ali Erbil, toyundan bir neçə ay sonra etdiyi jestlə yenidən gündəmə gəlib.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, iddialara görə, Erbil həyat yoldaşına milyonlarla dəyəri olan lüks idman avtomobili hədiyyə edib.
68 yaşlı Erbil və Almaniyada yaşayan Gülseren Ceylanın 2023-cü ildə sosial şəbəkə vasitəsilə tanış olduqları bildirilir. Münasibətlərində bir neçə dəfə ayrılıq yaşasalar da, cütlük nikah masasına oturmağı qərara alıb və Yeniköydəki evinin bağçasında sadə toy mərasimi keçirib. Hətta evlilikdən əvvəl aralarında nikah müqaviləsi imzalanacağı ilə bağlı xəbərlər də yayılıb.
Son günlərdə Gülseren Ceylanın lüks avtomobil idarə etdiyi görüntülər sosial şəbəkələrdə yayılıb. Mətbuatda bu avtomobilin Erbil tərəfindən toy hədiyyəsi olaraq alındığı irəli sürülür.
 
                 
                             
    