Azərbaycanlı gəncin ölümünə görə 62 yaşlı kişi HƏBS OLUNDU
28 oktyabr 2025 17:45 (UTC +04:00)

Azərbaycanlı gəncin ölümünə görə 62 yaşlı kişi HƏBS OLUNDU

0

Türkiyədə qəzada yaralanan azərbaycanlı sürücü ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə oktyabrın 11-də Antalyanın Alanya şəhərində baş verib.

27 yaşlı Möhlət Bəhlulzadənin idarə etdiyi kvadrasiklla 62 yaşlı Süleyman T.-nin idarə etdiyi taksi minik avtomobili toqquşub. Nəticədə Möhlət Bəhlulzadə ağır yaralanaraq, xəstəxanaya yerləşdirilib. Lakin 15 günlük tibbi tədbirlərə baxmayaraq, oktyabrın 26-da xəstəxanada ölüb.

Qəzaya səbəb olan Süleyman T. məhkəmə qərarı ilə həbs edilib, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 500

Oxşar yazılar