Ən etibarlı avtomobil mühərrikləri  - QIZIL ALTILIQ
28 oktyabr 2025 17:31 (UTC +04:00)

Ən etibarlı avtomobil mühərrikləri - QIZIL ALTILIQ

0

“TopSpeed” portalı ən etibarlı 6 avtomobil mühərrikindən ibarət reytinq tərtib edib.

Lent.az xəbər verir ki, siyahıya “Toyota 2TR-FE” mühərriki başçılıq edir: onun resursu 400 min kilometrdən çoxdur. Bu mühərrik “Toyota Tacoma” pikaplarının ikinci və üçüncü nəsillərinə quraşdırılıb.

İkinci yerdə həcmi 2,4 litr olan “Honda K24” mühərriki dayanır. O, 2003–2017-ci illər arası “Honda Accord” modellərində, “Honda Odyssey”in son üç nəslində və “Honda CR-V”nin ikinci-dördüncü nəslində istifadə olunub.

Üçüncü sırada həcmi 2,5 litr olan “Toyota A25A-FXS” mühərriki yer alır. Bu aqreqat 2025-ci il modelindən olan “Toyota RAV4 Hybrid”də tətbiq edilir.

Dördüncü və beşinci yerləri “Nissan VQ V6” və “Toyota 1GR-FE V6” bölüşür. Onlar uzunömürlülüyü ilə seçilirlər. Altıncı yerdə isə “Honda”nın tarixdəki ən uğurlu və etibarlı aqreqatlarından biri sayılan “Honda J35 V6” mühərriki qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 543

Oxşar yazılar