Sumqayıtda metal qəbulu məntəqəsində meyit tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə 76-cı məhəllə ərazisində baş verib.
67 yaşlı Həsənov Nizami İslam oğlunun meyiti səhər saat 7 radələrində mühafizəçi işlədiyi metal qəbulu məntəqəsində aşkarlanıb. Mərhumun nədən öldüyü bilinmir.
Faktla bağlı araşdırma aparılır.