Bakıda oğlan parkda tanış olmaq  istədiyi qızı qarət etdi
28 oktyabr 2025 18:13 (UTC +04:00)

Bakıda oğlan parkda tanış olmaq istədiyi qızı qarət etdi

0

Bakıda qız parkda qarət olunub.

Lent.az xəbər verir ki, hadisə Səbail rayonu ərazisində yerləşən Fikrət Əmirov adına istirahət parkında qeydə alınıb.

29 yaşlı Vüqar Əhmədov (ad və soyad şərtidir) gecə saat 1 radələrində parkda oturan bir qıza yaxınlaşıb. Əvvəlcə qıza tanış olmağı təklif edib. Lakin qız rədd edib. Sonra onu qucaqlamaq istəsə də, qız onu itələyib. Bu zaman qızın hər iki çiynindən asdığı idman çantasının açıq olan cibindən “Redmi 10” markalı telefonu oğurlayıb. Həmçinin telefonda olan bank tətbiqi ilə ödənişlər və köçürmələr edərək, zərərçəkənin 1027 manat pulunu xərcləyib.

Bu əməlinə görə Vüqar Əhmədov barəsində Cinayət Məcəlləsinin 177.2.2 (oğurluq təkrar törədildikdə), 177.2.3-1 (elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) və 177.2.5-ci (zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə) maddələri ilə cinayət işi açılıb.

Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən iclasda Vüqar Əhmədov barəsində 2 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 786

Oxşar yazılar