Bərdədə kafedə QAN TÖKÜLDÜ  - YENİLƏNİB
28 oktyabr 2025 14:36 (UTC +04:00)

Bərdədə kafedə QAN TÖKÜLDÜ - YENİLƏNİB

0

Bərdədə kişini bıçaqlayan saxlanılıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində cinayət əməlini törədən əvvəllər məhkum olunmuş 51 yaşlı Pənah Əhmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***
10:14

Bərdədə bıçaqlanma hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Kətəlparaq kəndindəki "Yurd" kafesinin həyətində baş verib.

Tərtər rayonu Evoğlu kənd sakini Əhmədov Pənah Maşallah oğlu şəxsi münasibətlər zəminində Kətəlparaq kənd sakini 46 yaşlı Hüseynov Taleh Ərrəhman oğlunun qarnına 1 ədəd bıçaq zərbəsi vurub. Yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1146

Oxşar yazılar