Kəpəkdən həmişəlik xilas olmağın  yolu -  2 təsirli üsul
28 oktyabr 2025 15:08 (UTC +04:00)

Kəpəkdən həmişəlik xilas olmağın yolu - 2 təsirli üsul

1

Kəpək həm qadınlarda, həm də kişilərdə narahatlıq yaradan ən yayılmış saç dərisi problemlərindən biridir. Amerikalı dermatoloq Mark Strom bu problemdən həmişəlik qurtulmağa kömək edən iki sınaqdan keçmiş üsulla bölüşüb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Stromun sözlərinə görə, problemin həlli ilk növbədə düzgün şampun seçimindən başlayır.

O bildirir ki, istifadə olunan şampunun tərkibində mütləq sink piritionu olmalıdır. Bu maddə baş dərisində qaşınma və soyulmaya səbəb olan göbələklərlə effektiv mübarizə aparır.

Dermatoloqun ikinci məsləhəti müalicənin müntəzəmliyidir. O, kəpək əleyhinə şampundan həftədə ən azı üç dəfə istifadə etməyi tövsiyə edir. Müalicənin dayandırılması isə simptomların yenidən qayıtmasına səbəb ola bilər. Lazım gələrsə, fərqli növ şampunları sınaqdan keçirmək də məqsədəuyğundur.

Nə zaman həkimə müraciət etməli

Aşağıdakı hallarda mütəxəssisə müraciət etmək tövsiyə olunur:

Bir aylıq düzgün istifadə nəticə vermirsə, güclü qaşınma yaranıbsa, baş dərisində qızartı və iltihab müşahidə olunursa,bədənin digər hissələrində də qaşınan və soyulan sahələr ortaya çıxıbsa.

Kəpəyin yaranma səbəbləri

Kəpək baş dərisi hüceyrələrinin yenilənmə prosesinin sürətlənməsi nəticəsində yaranır. Normalda bu proses 28 gün çəkir, lakin kəpək zamanı 7–20 günə qədər azalır və nəticədə görünən qabıqlar əmələ gəlir.

Əsas səbəblər bunlardır: saçlara düzgün qulluq edilməməsi, baş dərisinin pH balansının pozulması, qeyri-sağlam qidalanma, stress və əsəb gərginliyi, həzm sisteminin problemləri, hormonal pozğunluqları, piy vəzilərinin fəaliyyətsizliyi, mikrofloranın disbalansı, göbələk infeksiyaları, ətraf mühit təsirləri və genetik meyillilik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 489

Oxşar yazılar