Bakıda işıqforun qırmızı işığında gözləməyən sürücü qəza törədib.
Bu barədə Lent.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, sadəcə işıqforun qrımızı işığında gözləməli olan avtomobil dayanmayıb və qəzanın baş verməsinə səbəb olub:
"Müşahidələr onu deməyə əsas verir ki, bu cür yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbi bəzi sürücülərin qaydalardan məlumatlı olmasına baxmayaraq, qəsdən svetoforun qırmızı işığından keçməsi ilə bağlıdır. Yəni sürücülər “Yol hərəkəti haqqında” Qanunun 59-cu maddəsinin III hissəsində yer alan “qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi — bu siqnal hərəkəti qadağan edir” tələbinin mahiyyətini dərk etsələr də, onların sadəcə bir neçə saniyə irəli düşmək istəyi qəzaların qeydə alınmasına gətirib çıxarır.
Yadda saxlayaq ki, Qanunun tələblərinə riayət edərək yollarda hərəkət etmək, svetoforun və nizamlayıcının siqnallarını yerinə yetirərək yola davam etmək yol hərəkəti iştirakçıları üçün məcburidir və bu, ən təhlükəsiz, rahat variantdır".