Bakıda evdən meyit tapılıb.
Lent.az xəbər verir ki, Ordubad rayon sakini, 1967-ci il təvəllüdlü Süleyman Sadiq oğlu Babayevin meyiti kirayədə yaşadığı Buzovna qəsəbəsi G.Məmmədov küçəsi ev 19 mənzil 1-də tapılmışdır.
Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.