Maşınınızdakı bu düymə sizi sürət həddini aşmaqdan  xilas edə bilər: DETALLAR
27 oktyabr 2025 16:22 (UTC +04:00)

Maşınınızdakı bu düymə sizi sürət həddini aşmaqdan xilas edə bilər: DETALLAR

0

Müasir avtomobillərdə sürücünü sürət həddini aşma cərimələrindən qoruya bilən xüsusi funksiya var.

Lent.az xəbər verir ki, bu, sürət məhdudlaşdırıcısı (LIM) düyməsidir.

Bu funksiya adətən LIM işarəsi və ya üzərində xətt olan spidometr piktoqramı ilə göstərilir. Sistem avtomobil üçün müəyyən maksimal sürət təyin etməyə imkan verir və sürücü qaz pedalına daha güclü bassa belə, maşın bu həddi keçmir.

Lvovdan olan avtomexanik Sergey G. funksiyanın işini belə izah edir: “Əgər limiti 50 km/saat təyin etsəniz, avtomobil bundan sürətli getməyəcək. Qaza necə güclü bassanız da, sistem elektron şəkildə buna imkan vermir”.

Funksiyanı aktivləşdirmək üçün adətən SET düyməsi sıxılır, sürət isə + və – düymələri ilə tənzimlənir. Lazım gəldikdə, məsələn, ötmə üçün, sürücü qaz pedalını sona qədər basaraq məhdudiyyəti müvəqqəti deaktiv edə bilər.

Avropa İttifaqında bu sistem artıq bütün yeni avtomobillər üçün məcburidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 364

Oxşar yazılar