Netflix ulduzunun anası onu 11 yaşında doğub,  atası təcavüzkar qohumu idi
27 oktyabr 2025 10:44 (UTC +04:00)

Netflix ulduzunun anası onu 11 yaşında doğub, atası təcavüzkar qohumu idi

0

Netflix layihələrində iştirakı ilə tanınan aktyor Terrell Kartr anasının onu 11 yaşında dünyaya gətirdiyini açıqlayıb.

Lent.az xarici mediaya istinadlxəbər verir ki, aktyorun sözlərinə görə, onun  anası hələ uşaq ikən (11 yaşında) 26 yaşlı qohumu tərəfindən zorlanıb.

Onun anası uşaq ikən əlil olub və doğuş zamanı ayağının kəsilməsi də daxil olmaqla, ciddi sağlamlıq problemlərindən əziyyət çəkib. Ailə üzvləri onun orqan inkişafındakı problemlərə görə hamilə qala bilməyəcəyini düşünürdülər. Hamiləlik dövründə isə yeniyetmənin bədənindəki dəyişiklikləri şişlər və güclü dərman preparatlarının yan təsiri ilə əlaqələndiriblər.

Aktyor həmçinin bildirib ki, təxminən beş yaşında artıq anasından zehni cəhətdən üstün olduğunu başa düşüb, çünki anası inkişaf geriliyi ilə yaşayırdı. Terrell Kartr öz hekayəsinin çətin ailələrdə böyüyən insanlar üçün nümunə ola biləcəyini, onların da açıq danışmağa və problemlərini paylaşmağa cəsarət tapmasına kömək edəcəyini deyib.

Qeyd edək ki, Terrell Kartr daha çox “Empire”, “Shooter”, “Beauty in the Dark” kimi Netflix-də yayımlanmış layihələrdəki rolları ilə tanınır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 370

Oxşar yazılar