Azərbaycanlı güləşçi dünya çempionu  oldu
27 oktyabr 2025 02:24 (UTC +04:00)

Azərbaycanlı güləşçi dünya çempionu oldu

0

Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatı sona yaxınlaşır.

Lent.az xəbər verir ki, sərbəst güləş üzrə Azərbaycan millisinin 2 üzvü həlledici görüşə çıxıb.

Kənan Heybətov (70 kiloqram) finalda iranlı Sina Xəliliylə qarşılaşıb. İlk hissədə rəqib üstün olsa da, həmyerlimiz əzmkar qələbə qazanıb. Rəqibinə 9:4 hesabı ilə qalib gələn Kənan ilk dəfə U-23 dünya çempionu olub.

Xetaq Karsanov (125 kiloqram) da finalda İran təmsilçisiylə qarşılaşıb. Ancaq bu ildən ən ağır çəkidə çıxış etməyə başlayan milli üzvü Abolfazl Necada məğlub olaraq (0:11) gümüş medalı boynundan asıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar