Vəkil Zabil Qəhrəmanov həbs edildi
25 oktyabr 2025 22:36 (UTC +04:00)

Vəkil Zabil Qəhrəmanov həbs edildi

0

Xuliqanlıq  və müvəkkilinə qarşı dələduzluq etməkdə ittiham edilən vəkil Zabil Qəhrəmanov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.

Lent.az xəbər verir ki, təqdimata Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə baxılıb.

Məhkəmə təqdimatı təmin edib və vəkil Zabil Qəhrəmanov barəsində  3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, vəkil Zabil Qəhrəmanov oktyabrın 23- də polis əməkdaşları tərəfindən saxlanılıb.

Zabil Qəhrəmanova Cinayət Məcəlləsinin 221.2.2-ci(xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 305

Oxşar yazılar