Qadınların doğuş vaxtı  qulaq asdığı mahnılar - SİYAHI
25 oktyabr 2025 13:18 (UTC +04:00)

Qadınların doğuş vaxtı qulaq asdığı mahnılar - SİYAHI

0

“Spotify”da doğuş prosesinə həsr olunmuş minlərlə pleylistin təhlili göstərib ki, qadınlar ən çox "Coldplay", "The Beatles", "Ed Sheeran" və "Fleetwood Mac" musiqilərinin müşayiəti ilə doğuş edir. Uşaq arabaları istehsalçısı iCandy platformada 1 800 belə pleylist araşdıraraq, anaların hansı musiqini üstün tutduğunu müəyyənləşdirib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ən populyar mahnı Coldplay qrupunun “Fix You” kompozisiyası olub.

Ümumilikdə qrupun digər mahnıları da pleylistlərdə 140 dəfə qeyd edilib. İkinci yerdə Ed Sheeran, üçüncü yeri isə Fleetwood Mac və The Beatles bölüşüb. Bu siyahıda “Here Comes the Sun” kimi mahnılar da yer alıb. Həmçinin Nora Jones, John Legend, Taylor Swift və Elton John kimi ifaçılar da tez-tez rast gəlinib.

Alimlər bildirirlər ki, musiqi təkcə doğan qadınlara deyil, həm də ana bətnindəki körpələrə təsir edir. Klassik əsərlər dölün ürək döyüntüsünü yavaşladır və onun inkişafını stimullaşdıra bilər.

Tədqiqatda 36 hamilə qadın iştirak edib. Onlara Kamille Sen-Sansın “The Swan” əsəri və meksikalı bəstəkar Abundio Martínezın “Arpa de Oro” gitar pyesi dinlədilib. Dölün ürək döyüntüsü mini monitorlar vasitəsilə izlənilib.

Nəticəyə görə, musiqi dölün ürək ritmini daha sabit və proqnozlaşdırıla bilən edib. Meksika Milli Kardiologiya İnstitutundan doktor Klaudia Lerma bildirib ki, bu təsir dölün avtonom sinir sisteminin inkişafını stimullaşdıra bilər. Hər iki əsər müsbət təsir göstərsə də, ən güclü dəyişikliklər meksika gitar melodiyası zamanı qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar