Milyonlarla dollara satışa çıxarılan nadir avtomobil
25 oktyabr 2025 06:34 (UTC +04:00)

Milyonlarla dollara satışa çıxarılan nadir avtomobil

0

"Broad Arrows" hərracı Sürixdə "Aston Martin Valkyrie" hiperkarını hərraca çıxaracaq.

Lent.az auto.ru-ya istinadən xəbər verir ki, bu kabrioletdən indiyə qədər cəmi 85 ədəd istehsal olunub. Satışa çıxarılan xüsusi avtomobilin yürüşü isə cəmi 97 kilometrdir.

Hiperkarın 2.75-3.25 milyon İsveçrə frankı arasında (3.5-4ş1 milyon dollar) qiymətə satılacağı gözlənilir.

Model 2021-ci ildə təqdim edilib. Satışa çıxarılan "Valkyrie Spider" 6.5 litrlik V12 mühərriki ilə təchiz olunub. Qurğu 1 155 at gücü və təxminən 350 km/saat maksimal sürət təmin edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar