Rusiya Azərbaycanlı jurnalist Ruslan Süleymanovu "xarici agent" elan edib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Rusiya Ədliyyə Nazirliyinin yenilənmiş "xarici agentlər" reyestrinə aşağıdakılar da daxildir:
Jurnalist İrina Novik (Kuzmiçeva),
Jurnalist Nino Rosebaşvili,
Bloqer Dmitri Çernışevski,
“Qəzəbli Çuvaşiya” layihəsi,
“Ust-Kut24” layihəsi.
Rusiya hakimiyyəti qeyd edib ki, bu şəxslər Rusiya siyasəti haqqında yalan məlumat yayır və digər xarici agentlər və arzuolunmaz təşkilatlarla əməkdaşlıq edirlər.