Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkən şəxs təqsirləndirilən şəxsin həbs edilməsi barədə vəstət verib.
Məhkəmə vəsatəti təmin edib və Anar Əsədli həbs edilib.
Növbəti proses noyabrın 28-nə təyin edilib.
Partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilib. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.