Lənkəranda mühəndisi "tok" vurdu
24 oktyabr 2025 17:33 (UTC +04:00)

Lənkəranda mühəndisi "tok" vurdu

0

Lənkəranda mobil operatorlardan birinin əməkdaşını elektrik cərəyanı vurub.

Lent.az-ın xəbərinə görə, hadisə oktyabrın 24-də saat 13 radələrində Lənkəran rayonunun ucqar dağ kəndi olan Gərgiranda qeydə alınıb.

Mobil operatorlardan birinin enerji mühəndisi vəzifəsində çalışan Cəlilabad rayonu, Günəşli kənd sakini 39 yaşlı  Rusif Nurəddin oğlu Əmənovu elektrik cərəyanı vurub. R.Əmənov ətrafdakıların köməyi ilə dərhal Lənkəran rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin sözlərinə görə, yaralının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar