Evdə gizli problemlərdən  xəbər verən 11 əlamət
24 oktyabr 2025 12:59 (UTC +04:00)

Evdə gizli problemlərdən xəbər verən 11 əlamət

0

Psixoloqlar stressi, daxili tükənmişliyi və emosional çətinlikləri göstərə bilən 11 əlaməti müəyyən ediblər. Məsələn, mənzilimiz sözlərimizdən daha çox şey deyə bilər. Psixoterapevtlərin fikrincə, ev mühiti çox vaxt insanın cari psixoloji durumunu əks etdirir. Ev çox zaman sahibinin zahirən sakit görünsə də, onun narahatlığını, yorğunluğunu və gücsüzlüyünü "güzgü kimi" göstərir.

Lent.az bu 11 əlaməti təqdim edir:

Yaşayış yeri "ümumi zehnin vəziyyətinin" emosional, fiziki, sosial və ruhi rifahın əksi sayılır. Hətta xırda detallər, məsələn, səpələnmiş əşyalar və ya boş soyuducu belə, daxili çətinliklərdən xəbər verə bilər.

Mütəxəssislər emosional narazılığı tanımağa imkan verən xarakterik 11 əlaməti belə sıralayırlar

Yığılmamış çarpayı. Psixiatr Syuzan Traxmanın sözlərinə görə, səhərlər çarpayını yığmaq vərdişi nizam və nəzarət hissi yaradır. Çarpayı daim səliqəsiz qalırsa, bu, rejimin itməsi və apatiyadan xəbər verə bilər.

Kirlər içində qablar. Ev işləri ilə məşğul olmaq əhval-ruhiyyənin yaxşılaşması ilə bağlıdır. Lakin mətbəxdə xroniki səliqəsizlik depressiya və ya özünütəcridin təzahürü ola bilər.

Baxımsız bağ və ya həyət. Neçə vaxtın olmamasından başqa, baxımsızlıq enerjinin və motivasiyanın çatışmamasından da xəbər verir. Xüsusilə, insan artıq açıq havada olmaqdan zövq almadıqda bu, narahatedicidir.

Boş soyuducu. Bu vəziyyət maliyyə çətinliklərini, eləcə də alış-veriş və yemək hazırlamağa gücün qalmaması ilə müşayiət olunan emosional yanmanı göstərə bilər. Alimlər xatırladırlar: qidalanmanın stabilliyi birbaşa psixi sağlamlıqla əlaqəlidir.

İş məkanının olmaması. Evdən işləyən, lakin xüsusi iş yeri olmayan insanlar istirahətlə iş arasında sərhədlərin pozulması ilə tez-tez üzləşirlər. Çarpayıdan və ya divandan işləmək stresi artırır və diqqəti azaldır.

Solmuş bitkilər. Ev bitkiləri məkanı “dirildir”, onların məhv olması isə həm evə, həm də özünə qayğının azalmasını və tükənməni simvolizə edə bilər.

Bitməmiş işlər. Yarımçıq qalan işlərin yığılması özünü təşkil etməkdə çətinliklərdən və daxili motivasiyanın aşağı olmasından xəbər verir.

Daimi fon səsi. Televizorun və ya musiqinin fasiləsiz səslənməsi sükutdan və öz düşüncələrindən qaçmaq cəhdi ola bilər. Bu davranış tez-tez gizli narahatlığı ört-basdır edir.

Ağırlıq verən atmosfer. Təkcə səliqəsizlik deyil, evin ab-havası da ruh düşkünlüyü yarada bilər. Solğun işıq, çəkilmiş pərdələr, təmiz havanın olmaması emosional olaraq “boğucu” mühit yaradır.

Açılmamış məktublar. Toplanmış məktublar və ya hesablar çox vaxt narahatlıq, problemlərdən qorxu və ya ən sadə hərəkətləri belə etməyə gücün qalmadığını göstərir.

Xroniki səliqəsizlik. Dolmuş şkaflar, səpələnmiş əşyalar və ümumi xaos çox vaxt yorğunluqdan, həddindən artıq yüklənmədən və ya daxili münaqişələrdən xəbər verir.

Mütəxəssislər vurğulayırlar: kiçik səliqəsizlik normaldır. Amma bu əlamətlər sistemli hal alarsa, onlar dərin stress, depressiv meyillər və ya çətin həyat şəraitindən xəbər verə bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 502

Oxşar yazılar