Əkrəm İmamoğlu necə casusluq  edib? -YENİLƏNİB
24 oktyabr 2025 11:17 (UTC +04:00)

Əkrəm İmamoğlu necə casusluq edib? -YENİLƏNİB

0

Əkrəm İmamoğlunun casusluq ittihamı ilə bağlı yeni detallar ortaya çıxıb.

Lent.az Türkiyə mediasına istinadla bu barədə xəbər verir.

Bildirilir ki, İstanbul Cumhuriyet Başsavcılığının açıqlamasında 2019-cu il seçkilərində “xarici kəşfiyyat xidmətləri ilə birgə hərəkət edilərək seçkilərin manipulyasiya olunması” istiqamətində fəaliyyət göstərildiyi və bu çərçivədə “casusluq” cinayətinin törədildiyi iddia olunur.

***

10:20

İstanbul Böyükşəhər Bələdiyyə keçmiş sədri Əkrəm İmamoğlu, onun seçki kampaniyası direktoru Necati Özkan və jurnalist Merdan Yanardağ barəsində “casusluq” maddəsi ilə yeni istintaq başladılıb. Merdan Yanardağ saxlanılıb, "Tele1" kanalında axtarış aparılıb.

Lent.az bu barədə Türkiyə mediasına istinadla xəbər verir.

Qeyd edək ki, Əkrəm İmamoğlu bu ilin martında İBB-də başlanan araşdırma çərçivəsində saxlanılıb. İmamoğlunun evində axtarış aparılıb, sonra o, tibbi müayinəyə aparılıb. Bu işlə bağlı ümumilikdə 100-dən artıq şəxs saxlanılıb.

Əkrəm İmamoğlu 2019-cu ildə Cümhuriyyət Xalq Partiyasının namizədi olaraq İstanbul Böyükşəhər Bələdiyyə sədri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1070

Oxşar yazılar