Elektron siqaret kişinin ağzında partladı,  meyitini tapdılar
24 oktyabr 2025 09:38 (UTC +04:00)

Elektron siqaret kişinin ağzında partladı, meyitini tapdılar

0

Taylandda electron siqaret kişinin ölümünə səbəb olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, Nonq Buramfu əyalətində 47 yaşlı kişi 18 oktyabrda kanal sahilində ölü halda tapılıb. Meyitin üzündə, ağzında, sinəsində və sol qolunda çoxsaylı ağır yanıq xəsarətləri aşkarlanıb. Onu xilas etmək mümkün olmayıb. 

Polis əvvəlcə onun güllələnməsindən şübhələnib, lakin məhkəmə-tibbi ekspertlər yaralarda metal qəlpələr aşkar edib və kişinin ağzında veyp cihazının (electron siqaret) partladığı qənaətinə gəliblər. Qəlpələr döş qəfəsini deşib ağciyər və ürəyə daxil olub.

“Güllə yarası yox idi, yalnız elektron siqaretin qəlpələri vardı. Ürək və ağciyərlər sözün əsl mənasında məhv olmuşdu”, — polis nümayəndəsi bildirib.

Məlumata görə, bu, Taylandda elektron siqaretin alışması və partlaması nəticəsində ölümün qeydə alındığı ilk hadisədir. İstintaqçılar hesab edirlər ki, qurğuda keyfiyyətsiz və ya saxta batareya quraşdırılmış ola bilər, çünki oxşar insidentlər xaricdə artıq qeydə alınıb. Polis bildirib ki, bu faciəvi hadisə ciddi xəbərdarlıqdır: elektron siqaret akkumulyatorları kiçikdir, amma potensial olaraq ölümcül dərəcədə təhlükəlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 390

Oxşar yazılar