İran Ülvi Hüseynovu Azərbaycana verməyə razılaşdı
23 oktyabr 2025 18:24 (UTC +04:00)

İran Ülvi Hüseynovu Azərbaycana verməyə razılaşdı

0

“Azərbaycan ilə İran arasında təslim etmə haqqında” 21 fevral 1998-ci il tarixli müqavilənin tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Hüseynov Ülvi Rafik oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətini İranın səlahiyyətli orqanları təmin edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ülvi Hüseynovun oğurluq cinayət əməli törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib.

Təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti zəruri tədbirlər görür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 761

Oxşar yazılar