Samsung Galaxy S26 Ultranın  kamerası   bu telefondakına bənzəyəcək
23 oktyabr 2025 15:03 (UTC +04:00)

Samsung Galaxy S26 Ultranın kamerası bu telefondakına bənzəyəcək

0

“Samsung Galaxy S26 Ultra”nın kamerası “Galaxy Z Fold 7”yə bənzər dizaynda olacaq.

Lent.az xəbər verir ki, bu barədə flaqmanın görüntülərini məşhur insayder Tarun Vats paylaşıb.

O bildirib ki, cihazın şəkilləri təsadüfən qoruyucu aksesuar istehsalçısı tərəfindən ictimailəşdirilib. Sızan şəkillərdən göründüyü kimi, yeni model ümumi dizayn baxımından “Galaxy S25 Ultra” kimi qalır. Lakin arxa paneldə kamera sistemi dəyişib, “Galaxy Z Fold 7”də olduğu kimi, 5 moduldan ibarət kamera blokuna sahib olacaq.

Fotolarda üç əsas obyektiv bir sırada, digər iki sensor isə ikinci sırada yerləşir. LED işıq isə ayrıca verilib. Insayder həmçinin əsas kameranın yerləşdiyi “ada”nın böyüdüyünü qeyd edib. Tarun Vatsın fikrincə, bu dəyişiklik kameranın təkmilləşdiriləcəyinə işarədir.

Neowin jurnalistləri xatırladır ki, daha əvvəl digər insayderlər Galaxy S26 Ultra-nın akkumulyatorunun daha böyük olacağını bildiriblər. Hazırkı Galaxy S25 Ultra 5000 mA/saat tutumlu batareya ilə təchiz olunub. Yeni model isə daha sürətli şarjı dəstəkləyəcək.

Galaxy S26 Ultra-nın təqdimatı 2026-cı ilin əvvəlində gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 476

Oxşar yazılar