Bəşir Süleymanlı 148 min manat  mənimsəməkdə İTTİHAM OLUNUR
23 oktyabr 2025 12:17 (UTC +04:00)

Bəşir Süleymanlı 148 min manat mənimsəməkdə İTTİHAM OLUNUR

0

“QHT işi” üzrə həbsdə saxlanılan “Vətəndaş Hüquqları İnstitutu” İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlının məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən iclas dövlət ittihamçısı Vüsal Mehralıyevin ittiham aktını elan etməsi ilə başlayıb.

İttihama görə, Bəşir Süleymanlı ABŞ-ın Alman Marşal Fondundan və digər fondlardan sosial məzmunlu layihələr keçirmək adı ilə ayrılan ümumilikdə 148 min manatdan artıq vəsaiti - qrantı mənimsəyib. O, bu əməli törədərkən Mehriban Rəhimli və digərləri ilə cinayət əlaqəsinə girib, vəzifə səlahiyyətlərindən sui-istifadə edib və alınmış qrantlar barədə müvafiq nazirliklərə məlumat verməyib.

Sonra Bəşir Süleymanlı ona qarşı irəli sürülmüş ittihamları qəbul etməyib.

Məhkəmə 20 noyabr saat 11:00-a təyin edilib.

Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri – hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

Cinayət işi üzrə Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri – hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici QHT-lərin filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.

“İştirak Evi ” MMC – nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar" Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Fərqanə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 606

Oxşar yazılar