Kamçatkada güclü zəlzələ  baş verdi
23 oktyabr 2025 07:56 (UTC +04:00)

Kamçatkada güclü zəlzələ baş verdi

0

Rusiyanın Kamçatka diyarı sahillərində 6 maqnitudalı zəlzələ qeydə alınıb.

Lent.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı yayıb.

Açıqlamaya görə, episentr Petropavlovsk-Kamçatsk şəhərindən 233 kilometr məsafədə, 8,9 kilometr dərinlikdə yerləşib.

Hazırda zəlzələnin dağıdıcı təsirləri və sunami təhlükəsi ilə bağlı məlumat verilmir.

Mütəxəssislər bölgədə təkrar yeraltı təkanların ola biləcəyi barədə xəbərdarlıq ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar