Vəkil Bəhruz Bayramovun evindən oğurluq edən  saxlanıldı-YENİLƏNİB
22 oktyabr 2025 22:17 (UTC +04:00)

Vəkil Bəhruz Bayramovun evindən oğurluq edən saxlanıldı-YENİLƏNİB

0

Bakıda vəkilin evindən oğurluq edən şəxs saxlanılıb

Vəkil Bəhruz Bayramova məxsus mənzildən oğurluq edilməsi ilə bağlı polisə daxil olan müraciət araşdırılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elburus İbrahimov Lent.az-a bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Muradov Fariz Murad oğlu saxlanılıb.

Oğurlanan əşyalar maddi sübut kimi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.



***
11:17

Tanınmış vəkil Bəhruz Bayramovun evi qarət olunub.

Lent.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya vəkil özü məlumat verib.

Bəhruz Bayramovun sözlərinə görə, Bakının Binəqədi Rayonu Rəsulzadə qəsəbəsindəki həyət evinə girən oğrular mənzildən əsas əşyaları aparıblar: "Televizor, xalçalar, kombi, qab-qacaqlar, bahalı suvenirlər və sair məişət əşyalarını aparıblar. Mənə ən çox təsir edən mərhum anamın yadigarı olan qədimi xalçanın oğurlanmasıdır".

Bəhruz Bayramov bildirib ki, hadisə yerinə polis çağırılıb:

"İki saata yaxın araşdırma apardılar. Ekspert də gəlmişdi, əl-ayaq izləri götürdülər. İstintaq hərəkətləri apardılar. İnanıram ki, polis bu cinayətin üstünü açacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1046

Oxşar yazılar