Qadın telefonunu bir il 80 faiz şarj etdi:  Nəticəsi nə oldu?
22 oktyabr 2025 15:39 (UTC +04:00)

Qadın telefonunu bir il 80 faiz şarj etdi: Nəticəsi nə oldu?

1

Telefonu 80 faizdən çox doldurmamaq batareyanın ömrünü bir il və ya daha çox uzada bilər. Bir iPhone 16 Pro Max istifadəçisi bu iddianı yoxlamaq qərarına gəlib və tam bir il ərzində telefonu yalnız 80 faizə qədər dolduraraq təcrübə aparıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, məqsəd bu üsulun batareyanın vəziyyətinə necə təsir etdiyini öyrənmək olub.

Qadın telefonunu heç vaxt 80 faizdən çox, həmçinin 20 faizdən az doldurmamağa çalışıb. Bu üsul “20-80 qaydası” kimi tanınır. O, həm USB-C kabeli, həm də simsiz enerji ilə doldurma üsullarından istifadə edib.

“Smartfonun 100 faizə qədər dolmadığını görmək qəribə idi, amma bunun batareya üçün faydalı olub-olmayacağını öyrənmək istəyirdim”, - o bildirib.

Bir ildən sonra batareya vəziyyəti

Bir illik təcrübə və 299 doldurma dövrü nəticəsində onun iPhone 16 Pro Max batareyasının tutumu 94 faiz səviyyəsində qalıb. Müqayisə üçün, heç bir məhdudiyyət tətbiq etməyən həmkarının eyni model telefonu 308 dövr sonra 96 faiz batareya tutumuna sahib olub.

Qadın etiraf edib ki, nəticə gözlədiyi qədər təsirli olmayıb:

“Düşünürdüm ki, batareya ideal vəziyyətdə qalacaq, amma fərq demək olar ki, yoxdur”, -  o söyləyib. O, həmçinin qeyd edib ki, 80 faizlik limit gündəlik istifadədə çətinliklər yaradıb xüsusilə səyahətlərdə və aktiv şəkildə şəkil çəkərkən tez-tez enerji planlaşdırmaq lazım gəlib.

Təcrübə nəticəsində qadın belə qənaətə gəlib ki, adi istifadəçi üçün 80 faizlik doldurma limiti ciddi üstünlük vermir. Ola bilsin ki, bu üsul bir neçə illik dövrdə batareyanın ömrünü artırır, amma bir il ərzində fərq hiss olunmur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 658

Oxşar yazılar