Bakıda ŞOK CİNAYƏT:   qadın ərini öldürüb həyətdə basdırdı, üstünə gül əkdi - YENİLƏNİB
22 oktyabr 2025 15:45 (UTC +04:00)

Bakıda ŞOK CİNAYƏT: qadın ərini öldürüb həyətdə basdırdı, üstünə gül əkdi - YENİLƏNİB

0

Bakıda ərini öldürən qadınla bağlı dəhşətli fakt məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, Elmira İbrahimova ərini tüfənglə güllələyib öldürdükdən sonra onu yaşadığı evin həyətində basdırıb. 

Daha sonra isə izi itirmək məqsədi ilə ərinin məzarının üstünə gül-çiçək əkib. 

Qadın polisə yalan məlumat verərək ərinin itkin düşdüyünü bildirib. 

Samir Əliyevin meyiti basdırıldığı yerdən çıxarılaraq ekspertizaya təhvil verilib. 

***

saat 15:24

Bakıda itkin düşmüş şəxsin qətlə yetirildiyi müəyyən edilib.

Belə ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan, 1985-ci il təvəllüdlü Əliyev Samir Arif oğlunun itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət edilib.

DİN-in Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində S.Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı İbrahimova Elmira Vidadi qızı tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadığı evin həyətində basdırıldığı müəyyən edilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən E.İbrahimova tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6266

Oxşar yazılar