Bakıda küçədə qışqırıb söyən  sərxoş dostlar həbs olundu
22 oktyabr 2025 10:43 (UTC +04:00)

Bakıda küçədə qışqırıb söyən sərxoş dostlar həbs olundu

0

Bakıda küçədə uca səslə dalaşan tanışlar həbs olunub.

Lent.az xəbər verir ki, hadisə Xətai rayonu Əhmədli qəsəbəsi ərazisində qeydə alınıb.

Küçədə sərxoş olan 4 nəfər arasında sözlü mübahisə olub. Tərəflər uca səslə qışqıraraq, bir-birini nalayiq ifadələrlə təhqir ediblər. Polis əməkdaşları yaxınlaşanda isə onlara tabe olmayaraq, səslərini daha da ucaldıblar. Belə olduqda onların hər biri 34-cü Polis Şöbəsinə aparılıb. Lakin burada da onlardan ikisi tabe olmayaraq, polisə müqavimət göstərməyə cəhd ediblər.

Nəticədə 25 yaşlı Bəkir Səmədov (ad və soyad şərtidir) və 27 yaşlı Hüseynqulu İmanov (ad və soyad şərtidir) barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçiyə tabe olmamaq) maddələrinə protokol tərtib olunub.

Xətai rayon Məhkəməsinin qərarı ilə onların hər birinə 8 gün müddətinə inzibati həbs cəzası verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 477

Oxşar yazılar