Samsung uzunmüddətli proqram dəstəyi ilə tanınsa da, bəzi modellər üçün yolun sonu olduğu məlum olub.
Lent.az xəbər verir ki, şirkət səssizcə 2021-ci ilə aid olan 4 smartfon modelini rəsmi dəstək siyahısından çıxardı.
Galaxy A52s, Galaxy A03s, Galaxy M32 5G və Galaxy F42 5G artıq One UI və təhlükəsizlik yeniləmələrini qəbul etməyəcək.
Bu cihazlar artıq bir müddətdir ki, Android-in yeni versiyalarından məhrum edilib.